olkepress.com
olkepress.com

Koronavirusla mübarizə aparan tibb işçiləri və könüllülərə əlavələr ödənildi

25-09-2020, 11:51

Koronavirusla mübarizə aparan tibb işçiləri və könüllülərə əlavələr ödənildiKoronavirus pandemiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə və könüllülərə iyul ayı üzrə 359 min manat müddətli əlavə ödənilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarına və 1 aprel 2020-ci il tarixli Sərəncamına uyğun olaraq Agentlik tərəfindən iyul ayı üzrə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan 24 nəfər tibb işçisinə iş vaxtına mütənasib olaraq müddətli əlavə və 58 nəfər könüllüyə mükafat ödənilib.

Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq COVID-19 infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aylıq vəzifə maaşının 3, 4 və 5 misli məbləğində müəyyən edilib. Qərara əsasən, özəl tibb müəssisələrində çalışan 24 nəfər tibb işçisinə iyul ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 44 242 manat məbləğində müddətli əlavə ödənilib. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.

58 nəfər könüllüyə isə sözügedən sərəncama əsasən aylıq 250 manat olmaq şərtilə, iyul ayı üzrə ümumilikdə 14 500 manat məbləğində mükafat ödənilib. Bu məbləğdən əməkhaqqına dair tutulmalar hesablanmır.

Dörd ay ərzində ümumilikdə 158 nəfər tibb işçisinə iş vaxtına mütənasib olaraq ümumilikdə 321 251 manat məbləğində müddətli əlavə, 151 nəfər könüllüyə 37 750 manat məbləğində mükafat ödənilib.

TƏBİB tərəfindən avqust ayı üzrə siyahılar Agentliyə təqdim edildikdən sonra müddətli əlavə və mükafatların ödənilməsi həyata keçiriləcək.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi