olkepress.com
olkepress.com

Elmar Məmmədyarovun 95 yaşlı atası 51 ildir bu vəzifədə işləyir

29-05-2020, 12:27

Elmar Məmmədyarovun 95 yaşlı atası 51 ildir bu vəzifədə işləyirXəbər verdiyimiz kimi, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun oğlu Emin Məmmədyarovun adına ABŞ-ın Nyu-York şəhərində “Riverside Boulevard” 120 ünvanında 2 mənzil alınıb.

Demokrat.az xəbər verir ki, Nyu-York Vergi Departamentindən verilən məlumatda mənzillərin 2015-ci il iyun-iyul aylarında 4,2 milyon dollara alındığı bildirilib.

Qeyd edək ki, yayılan bu məlumat ölkə mətbuatının diqqətini XİN başçısı Elmar Məmmədyarova çevirib. 16 ildən çoxdur yüksək vəzifə daşıyan XİN başçısı Elmar Məmmədyarov Azərbaycanın tanınmış 2 ailəsinin övladıdır. Elmar Məmmədyarovun 95 yaşlı atası Məhərrəm Məmmədyarov hal-hazırda Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda sintetik yağların sintez və texnologiyaları laboratoriyasının rəhbəri işləyir. Qeyd edək ki, Məhərrəm Məmmədyarov bu vəzifədə 51 ildir çalışır. Məhərrəm Məmmədyarovun anası Cəvahir xanım Naxçıvanın məşhur ailələrindən olan Kəlbalıxanovlardandır.

Elmar Məmmədyarovun anası İzida İbrahimbəyova isə Şamaxının məşhur ailələrindən olan İbrahimbəyovlardandır. Elmar Məmmədyarovun ana babası Fuad İbrahimbəyov Azərbaycanda eksperimental psixologiyanın əsasını qoyan tanınmış psixoloqdur. Fuad İbrahimbəyov qardaşı isə Respublika Coğrafiya Cəmiyyətinin üzvü, coğrafiya elmləri doktoru Məmmədibrahim İbrahimbəyovdur. Məmmədibrahim İbrahimbəyovun övladları isə tanınmış yazıçı, nasir, dramaturq, ssenarist, prodüser və kinorejissor Rüstəm İbrahimbəyov və Maqsud İbrahimbəyov qardaşlarıdır.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi