olkepress.com
olkepress.com

Oqtay Şirəliyev: “Səhiyyə Nazirliyinin “B” variantı var”

25-03-2020, 09:44

Oqtay Şirəliyev: “Səhiyyə Nazirliyinin “B” variantı var”"Azərbaycanın bütün qurumları, nazirliklər Operativ Qərargahda təmsil olunurlar, koronavirusla mübarizədədirlər. Hər qurum kimi Səhiyyə Nazirliyi də ehtiyat variantı nəzərə alıb".

Lent.az xəbər verir ki, bunu Azərbaycan Televiziyasının (AzTV) "Hədəf" verilişində Səhiyyə naziri Oqtay Şirəliyev koronavirusla mübarizədən danışarkən deyib.
Nazir bildirib ki, vəziyyət gərginləşərsə, rəhbərlik etdiyi qurumun "B" variantı var: "Nəzərdə tutulub ki, lazım gələrsə xəstəxanalarda çarpayıların sayı artırılsın, koronavirusla mübarizəyə əlavə xəstəxanalar cəlb olunsun. Bu elə xəstəlikdir ki, onunla mübarizədə hansı sahənin mütəxəssisləri lazımdır, biz onu bilirik. Həmin mütəxəssislərdən ibarət xüsusi briqadalar yaradılıb ki, lazım olan hansısa müəssisəyə göndərilsinlər. Yəni, ehtiyat üçün bütün məsələlər nəzərdə tutulub. Biz hər şeyə hazırıq. Amma əlbəttə ki, istəyirik ölkəmizdə koronavirus geniş yayılmasın. Bunun üçün bütün tədbirlər görülür".

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi