olkepress.com
olkepress.com

TƏBİB-dən xaricdən gələnlərə COVID-19-a görə XƏBƏRDARLIQ

11-03-2020, 15:10

TƏBİB-dən xaricdən gələnlərə COVID-19-a görə XƏBƏRDARLIQÖlkəyə xaricdən gələn şəxslər üçün 14 günlük qaydalar tərtib olunub.

Ölkəpress.com xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Tərtib olunan qaydalara riayət olunması xahiş olunur.

Həmin qaydalar aşağıdakılardır:

Qaydalara əsasən, ölkə xaricindən son 14 gün ərzində gələnlər, buradakı ilk 14 günü evdə keçirməlidirlər;
Olduqları məkan tez-tez havalandırılmalıdır; Mümkün qədər az insanla təmasda olmalıdırlar;
Yaşlı və xroniki xəstəlikləri olan şəxslərlə təmasda olmamalıdırlar;
Əllər sabunla tez-tez yuyulmalıdır;
Evdən çıxarkən mütləq maska taxılmalıdır;
Soyuqdəymə əlamətlərində mütləq 103 (Bakı daxili) və 113 (Bakıdan kənar) təcili yardım nömrələrinə zəng edilməlidir.

TƏBİB-dən xaricdən gələnlərə COVID-19-a görə XƏBƏRDARLIQ


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi