olkepress.com
olkepress.com

Bəzi tibbi ləvazimatların ölkədən aparılması məhdudlaşdırılıb - VİDEO

17-02-2020, 11:10

Bəzi tibbi ləvazimatların ölkədən aparılması məhdudlaşdırılıb - VİDEOBəzi tibbi ləvazimat və preparatların Azərbaycan ərazisindən aparılmasına qadağa qoyulub. Bununla bağlı Nazirlər Kabineti tərəfindən qərar imzalanıb.

Xezerxeber.az-ın məlumatına görə, son günlər steril əlcək, baxıl, qoruyucu kombinezon, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatların ölkə ərazisindən kütləvi şəkildə aparılması halları aşkar edilib. Odur ki, Nazirlər Kabineti tərəfindən sadalanan məhsulların ölkə ərazisindən ixrac edilməsinə müvəqqəti məhdudiyyət qoyulub.
İqtisadçı alim Vüqar Bayramov deyib ki, bu qərar həmçinin daxili bazarda təminatın tam yerli istehsal hesabına qarşılanmasına yönəlib. Çünki indiki dövrdə belə məhsulları xüsusilə Asiya ölkələrindən idxal etmək təhlükəlidir.
Qeyd edək ki, Nazirlər Kabinetinin bu qərarı müvəqqti xarakter daşıyır və mayın 1-dək qüvvədə olacaq. Artıq qərarın icrası ilə bağlı Səhiyyə , Xarici İşlər nazirliklərinə və Dövlət Gömrük Komitəsinə göstəriş verilib.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi