olkepress.com
olkepress.com

Koronavirus qaraciyər dərmanı ilə müalicə olundu

6-12-2022, 08:41

Koronavirus qaraciyər dərmanı ilə müalicə olundu

Avropalı bioloqlar aşkar ediblər ki, öd turşusu əsaslı məşhur qaraciyər dərmanı olan “Ursodiol” sişanlarda koronavirusu müalicə edir və SARS-CoV-2 hissəciklərinin ağciyər hüceyrələrinə daxil olmasının qarşısını alır.

Bu barədə bazar ertəsi Kembric Universitetinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, koronavirus epidemiyası başlayandan bəri bioloqlar və həkimlər mövcud dərmanların və müxtəlif bioloji aktiv maddələrin virusa necə təsir etdiyini öyrənirlər. Bu təcrübələr göstərir ki, hepatit C və Ebola ilə mübarizə üçün nəzərdə tutulmuş bəzi dərmanlar SARS-CoV-2-nin çoxalmasını ləngidə bilər.

Onlardan bəziləri hazırda COVID-19-u müalicə etmək üçün tibbi praktikada istifadə olunur, lakin elm adamları virusun çoxalmasını ləngidə bilən digər dərmanların, o cümlədən təbiətdə mövcud olan müxtəlif birləşmələrin axtarışını davam etdirir. Məsələn, son iki il ərzində alimlər müəyyən ediblər ki, qara çay, ilan zəhəri və yovşan ekstraktlarında olan maddələr SARS-CoV-2-nin çoxalmasına mane ola bilər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi