olkepress.com
olkepress.com

“Narınc” psixoloji mərkəzində dələduzluq – Valideynlər belə aldadılır

12-09-2022, 20:14

“Narınc” psixoloji mərkəzində dələduzluq – Valideynlər belə aldadılır

“Melnur” uşaqlara, “Narınc” isə valideynlərə əzab verir – Paytaxtda və respublikamızın bir çox bölgələrində filialları polan “Narınc” uşaq psixologiya mərkəzinin fəaliyyəti heç də reklamlarında göstərildiyi kimi keyfiyyətli, işçiləri isə təqdim olunduqları qədər humanist deyillər.

“RealMedia.az” saytı redaksiyasına Fikrət Səfərov adlı vətəndaşın müraciəti daxil olub. Müraciətdə bildirilir ki, “Narınc” Psixologiya Mərkəzinin “Xalqlar Dostluğu” filialına nəvəsinin loqopedik seanslardan keçməsi və müalicə olunması müqabilində 5000 (beş min) manat pul ödəyib. Pul ödəyərkən danışıqları belə olub ki, nəvəsinin tam şəkildə müalicəsi aparılacaq və müsbət irəlləyişlər əldə olunacaq.
Lakin aparılan seanslar mərhələsində heç bir müsbət irəliləyişlər baş verməyib. Qarşı tərəf əvvəl verdiyi sözə əməl etməyib, yəni, müqavilə üzrə öhdəliyi pozub. Odur ki, vətəndaş “Narınc” psixoloji mərkəzinə ödədiyi pulları geri tələb edib. Bu dəfə isə Mərkəzin icraçı direktor müavini Təranə Kazımova ona pulu geri qaytarmayacaqlarını deyib. Fikrət Səfərov onların bu əməllərinin dələduzluq olduğunu bildirərək şikayət edəcəyini dedik də, Təranə Kazımona “əlin hara qəlbidir, ora qoy” deyərək cavab verib. Yəni, bu qədər bəsit – həm suçlu, həm də güclü.
Görünən odur ki, “Narınc” Psixologiya Mərkəzinin rəhbər şəxslərinin özünün psixoloji seanslara ehtiyacı var.
Əlbəttə, biz bu yazı ilə “Narınc” uşaq psixologiya mərkəzini uşaqların işgəncələrə məruz qaldığı “Mehnur” reabilitasiya mərkəzi ilə müqayisə etmək fikrində deyilik. Uşaqlara fiziki işgəncə verən “Melnur”dan fərqli olaraq, “Narınc” böyüklərə maddi ziyan vurur və mənəvi əzab verir.
Bizi izləyin. Mövzu ilə bağlı geniş yazımız olacaq.

İddialarla bağlı qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi