olkepress.com
olkepress.com

İradə Gülməmmədovanın klinikası CƏRİMƏLƏNDİ

16-02-2022, 21:06

İradə Gülməmmədovanın klinikası CƏRİMƏLƏNDİ

Bakıda klinikaya cərimə protokolu yazılıb.

“Report”un xəbərinə görə, “Vimay-Med” MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.2-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
İş hakim Aygün Qurbanovanın icraatına verilib.

Məhkəmə iclası fevralın 17-nə təyin edilib.

Bu xətaya görə, fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir.

Qeyd edək ki, mətbuatda yayılan məlumata görə, “Vimay-Med” MMC Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı İradə Gülməmmədovaya məxsusdur.

Xatırladaq ki, İ.Gülməmmədova bu il yanvarın 19-da Abşeron RİH-in başçısı vəzifəsindən azad edilib.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi