olkepress.com
olkepress.com

Oqtay Şirəliyev dövlətin pulunu bu şirkətə yedirir

17-12-2019, 12:59

Oqtay Şirəliyev dövlətin pulunu bu şirkətə yedirirAzərbaycanda səhiyyə tenderlərində ən çox qalib gələn şirkət məlum olub.

FED.az xəbər verir ki, "Arash Medical Company" MMC şirkəti bu il 22 milyon 126,3 min manat məbləğində 22 tender müqaviləsi bağlayıb. Şirkət tibbi və laboratoriya avadanlıqlarının təhcizatı, təmiri və başqa xidmətlərin görüməsi tenderlərinin qalibi olub.
Şirkətin udduğu ən böyük tender Səhiyyə Nazirliyinin keçirdiyi “Bakı şəhərində Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Sümük Vərəm Xəstəlikləri Sanatoriyasının tikintisi (tibbi avadanlıqlarla təchizatı) işləri” tenderi olub. Nazirlik bu tender üçün şirkətlə 3 milyon 502,9 min manat məbləğində müqavilə bağlayıb.
"Arash Medical Company" MMC şirkətinin Lənkəran rayon Mərkəzi Xəstəxanası ilə bağladığı “Tibbi avadanlıqların təmiri işləri” tender müqaviləsinin məbləği 12 min manat olub. Bu - şirkətin 2019-cu ildə qazandığı ən kiçik tender olub.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi