olkepress.com
olkepress.com

Şüyüdün inanılmaz faydaları açıqlanıb

27-11-2021, 09:06

Şüyüdün inanılmaz faydaları açıqlanıb

Şüyüd tərkibində müxtəlif vitaminlər, mikroelemenetlər, beta-karotin, fol turşusu və digər faydalı birləşmələrə görə əvəzolunmaz bitkidir.

Bu barədə rusiyalı dietoloq təlimçi Pavel Terexov danışıb.

O, bu ucuz və asan tapılan məhsulu süfrələrin ən vacib inqridienti adlandırıb.
“Bu məhsul olmadan heç bir süfrə tam deyil: şorbalar, pürelər, salatlar, marinadlar - siyahı sonsuzdur”, - mütəxəssis davam edib.
Həkim şüyüdün faydalarını sadalayarkən, onun vitamin və mikroelementlərin çatışmazlığını kompensasiya etdiyini, həmçinin ürək-damar sisteminə faydalı təsir göstərdiyini vurğulayıb.

“Bu bitki damargenişləndirən təsirə malikdir və damar divarını gücləndirir”, - deyə o, əlavə etdi.

Terexov qeyd edib ki, şüyüd orqanizmi toksinlərdən də təmizləyir, çünki o, ödün orqanizmdən xaric olmasını təmin edir və bağırsaqları yumşaldır.
Mənbə: Gazeta.ru

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi