olkepress.com
olkepress.com

Bu içki xərçəng və insult riskini azaldır

9-11-2021, 11:50

Bu içki xərçəng və insult riskini azaldır

"Yaşıl çay xərçəng və insult kimi bir çox xəstəlik riskini azaldır".

Ölkəpress.com xarici KİV-ə istinadla xəbər verir ki, bu fikri yapon tədqiqatçı, kənd təsərrüfatı elmləri doktoru Eiçi Fukuşima söyləyib.

Onun sözlərinə görə, son vaxtlar bu məhsulla bağlı çoxlu sayda epidemioloji araşdırmalar ortaya çıxıb. Bu məqsədlə "2021-ci ilin meta-təhlili", "Yaşıl çay istehlakının endometrial təsiri", "Ağciyər və yumurtalıq xərçəngi inkişaf riski" və "Ürək-damar xəstəliklərindən ölüm riski"ni azaltdığını göstərən bir çox elmi araşdırmanın nəticələrini təhlil edib.

Fukuşima deyib ki, yaşıl çaydakı polifenollara çay kateşinləri deyilir. Güclü antioksidan xüsusiyyətlərə malikdirlər.

Mütəxəssisin fikrincə, katexinlər yağların parçalanması və istifadəsində iştirak edən fermentlərin aktivliyini də artırır, bədənə enerji vermək üçün yağın istifadəsini asanlaşdırır.


Araşdırmaçı həmçinin qeyd edib ki, yaşıl çaydakı kateşinlər və teanin 5 ay içdikdən sonra qripə yoluxma riskini azaldır. (publika.az)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi