olkepress.com
olkepress.com

Ölkədə benzinin gömrük dəyəri aşağı düşüb

19-05-2021, 21:16

Ölkədə benzinin gömrük dəyəri aşağı düşüb


2021-ci ilin yanvar-mart ayları ərzində Azərbaycan ümumi 26 min 465,5 ton həcmində “Aİ-95” premium və “Aİ-98” super markalı benzin idxal edib.

Ölkəpress.com Dövlət Statistika Komitəsinin hesabatından əldə etdiyi məlumata görə, ümumi idxal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 64,8 faiz artıb.

Məhsulun ümumi gömrük dəyəri isə 17 milyon 343,9 min dolları təşkil edib.
Bu dövr ərzində 26 min 277,71 ton həcmində və 16 milyon 781,15 min dollar dəyərində “Aİ-95” markalı benzin idxal edilib. Bir ton “Aİ-95” markalı benzinin gömrük dəyəri 638,6 dolları təşkil edib. Bu isə ötən ilin müvafiq dövründə idxal edilən “Aİ-95” markalı benzinin bir ton üçün gömrük dəyərindən 15,7 faiz azdır.

Yanvar-mart ayları ölkəyə 718,75 ton həcmində və 562,73 min dollar dəyərində “Aİ-98” markalı benzin idxal edilib. Bir ton üçün gömrük dəyəri 782,9 dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövründə idxal edilən bir ton “Aİ-98” markalı benzinin gömrük dəyərindən 7,6 faiz azdır.

Qeyd edək ki, 2020-ci ilin yanvar-mart aylarında 15 min 312,86 ton həcmində (11 milyon 565,57 dollar dəyərində) “Aİ-95” markalı, 748,32 ton həcmində (639,86 min dollar dəyərində) “Aİ-98” markalı benzin idxal edilib. Ötən ilin ilk üç ayında idxal edilən “Aİ-95” markalı benzinin bir tonu 755,3 dollara, “Aİ-98” markalı benzinin bir tonu isə 855,1 dollara başa gəlib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi