olkepress.com
olkepress.com

SOCAR-ın reytinqi üzrə proqnoz yaxşılaşdırılıb

8-04-2021, 21:09

SOCAR-ın reytinqi üzrə proqnoz yaxşılaşdırılıb“Moody's Rating” beynəlxalq reytinq agentliyi Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) reytinqinin proqnozunu dəyişib.

Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, SOCAR-ın reytinqi üzrə proqnoz “sabit”dən “müsbət”ə doğru dəyişdirilib.

Həmçinin Dövlət Neft Şirkətinin kredit reytinqi “Ba2”, defolt reytinqi “Ba2-PD”, baza kredit qiymətləndirməsini “b1” və SOCAR-ın yüksək təminatsız notlarının reytinqini “Ba2” səviyyəsində təsdiqləyib.
Şirkətin uzunmüddətli emitent və yüksək təminatsız borc reytinqləri “Ba2” səviyyəsində təsdiq edilib.

Bildirilib ki, “müsbət” proqnoz şirkətin fəaliyyətinə uyğundur və SOCAR-ın dövlətlə möhkəm kredit əlaqələri, həmçinin Azərbaycanda iş və makroiqtisadi mühitə təsirini əks etdirir.

Nəticə etibarilə makroiqtisadi mühitin SOCAR-ın əməliyyat və kredit profilini dəstəkləyərək tədricən daha da yaxşılaşdıracağı gözlənilir.

ÖLKƏPRESS.COM


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi