olkepress.com
olkepress.com

Azərbaycan Türkiyə ilə iqtisadi münasibətlərin yeni mərhələsində

2-04-2021, 18:06

Azərbaycan Türkiyə ilə iqtisadi münasibətlərin yeni mərhələsində“Azərbaycan və Türkiyə arasında yüksək səviyyəli siyasi əlaqələr iqtisadi əməkdaşlığımızın da gücləndirilməsi üçün geniş imkanlar açır”.

Bu fikri İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda baş tutan Türkiyə-Azərbaycan işgüzar görüşü zamanı səsləndirib.

Nazir bildirib ki, Azərbaycan qardaş ölkə ilə çoxşaxəli biznes əməkdaşlığını daha da genişləndirmək niyyətindədir:
“Ortaq maraqların və dəyərlərin birləşdirdiyi qarşılıqlı hörmətə, dostluğa və qardaşlığa əsaslanan əlaqələrimizin daha da möhkəmləndirilməsi hər birimizdə sevinc hissi doğurur. Bu gün qürurla deyə bilərik ki, münasibətlərimiz özünün ən yüksək səviyyəsinə çatıb. Ölkələrimiz dünya miqyasında ən yaxın strateji müttəfiqlər kimi bütün məsələlərdə və platformalarda biri-birinin yanındadır”.

Onun sözlərinə görə, Sahibkar Təşkilatları Milli Konfederasiyası ilə Türkiyə Əsnaf Sənətkarları Konfederasiyası arasında bu gün imzalanan razılaşma memorandumu iqtisadi fəaliyyətin genişləndirilməsinə xidmət edəcək.

Nazir əlavə edib ki, Hökumətlərarası Rəqəmsal Ticarət haqqında Anlaşma Memorandumu ticarət əlaqələrinin yeni müstəvidə genişləndirilməsinə hüquqi zəmin yaradacaq:

“İkitərəfli ticarətin rəqəmsallaşdırılması mal və xidmətlərin müasir vasitələrlə ticarəti və ölkələrimizdə rəqəmsallaşma prosesinin gücləndirilməsi istiqamətində əməkdaşlığı təmin edəcək. Yaxın gələcəkdə Azərbaycanın İstanbuldakı baş konsulluğunda təsis edilməsi planlaşdırılan ticarət nümayəndəliyi də bu istiqamətdəki işlərin daha səmərəli və çevik olmasına töhfə verəcək”.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi