olkepress.com
olkepress.com

“SOCAR Polymer”in məhsulları Rusiya və Qazaxıstana ixrac edilir

12-03-2021, 11:24

“SOCAR Polymer”in məhsulları Rusiya və Qazaxıstana ixrac edilir“SOCAR Polymer” MMC-nin istehsal etdiyi polipropilen və polietilen məhsulu Rusiya və Qazaxıstana ixrac edilir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC-dən verilən məlumata əsasən, şirkətin təqdim etdiyi örtülü vaqonlar Sumqayıt stansiyasında yüklənərək yola salınır.

Artıq 18 vaqona yüklənmiş 1 140 ton polipropilen və polietilen, 2 363 kilometr yolu qət edərək Rusiyanın Noqinsk stansiyasına çatdırılıb.

Mart ayının axırına qədər daha 2 460 ton polipropilen və polietilen 39 vaqona yüklənərək eyni ünvana göndəriləcək.

Bu ayın sonuna qədər 800 ton polipropilen 13 vaqonla Qazaxıstanın Atırau stansiyasına göndəriləcək.

Qeyd edilib ki, Qazaxıstana yüklərin daşıma marşrutu Rusiya ərazisindən keçir. Sumqayıt-Yalama-Atırau marşrutu ilə daşınan yüklər, 1 202 kilometr yol qət edir.

Marşrut boyu daşımanı “ADY Express” şirkəti həyata keçirir.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi