Günay Hüseynova: "İşbazlar qiymət artımının yeni bir formasını tapıblar"
Son aylar ərzində yerli bazarda ərzaq və qeyri-ərzaq məhsullarının qiymətləri davamlı şəkildə artır. Bu yolla varlanmağa rəvac vermiş işbazlar qiymət artımının yeni bir formasını tapıblar. İstehlak mallarının və ilk növbədə ərzaq məhsullarının kəskin qiymət artımının cəmiyyətdə qıcıq yaradacağından qorxan bu işbazlar, mal və məhsulların qiymətlərini az-az prinsipinə söykənərək qaldırırlar.
Məhz bunun nəticəsidir ki, biz hər dəfə marketlərə gedəndə fərqli qiymətlərin şahidi oluruq. Qiymətlərin bu şəkildə artırılması ilk baxışda bir o qədər nəzərə çarpmasa da bir müddətdən sonra məhsulun qiymətində əhəmiyyətli artımın yaranmasına gətirib çıxarır. İqtisadiyyat Nazirliyi Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidməti bazarda süni qiymət artımı hallarının olmadığını bəyan edir. Dünya ərzaq qiymətlərindəki davamlı artım tendensiyası ərzaq məhsulları üzrə bahalaşmada həqiqətən süni artımın olmadığını deməyə əsas verir. Belə ki, BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Ərzaq Qiymətləri İndeksinin 2021-ci ilin yanvar ayına olan aylıq hesabatına əsasən, ərzaq məhsullarının beynəlxalq qiymətləri 2020-ci ilin dekabr ayı ilə müqayisədə 14,3 faiz artıb.
İqtisadçı ekspert Günay Hüseynova OLKEPRESS.com-a açıqlamasında bildirdi ki, qiymət artımı əsasən müxtəlif faktorlardan dolayı ola bilir . Hər il olduğu kimi bu il də bayramqabağı qiymətlər artır. Eyni zamanda, bu yaxınlarda yanacağın və suyun qiymətinin artması da qiymətlərə öz təsirini göstərir . Çünki bu, gözlənilən idi. Bahalaşmanın tədricən, yəni asta templə baş verməsi özü də buna təsdiq sayılır. Mənim fikirimcə hazırda ölkədə ciddi süni qiymət artımından söhbət gedə bilməz. Hansı istiqamətdə subsidiyalaşdırma həyata keçirilir-keçirilsin - xeyri ola bilməz. Ümumiyyətlə, maya dəyərə oturan bir şeyin qiyməti yüksəlirsə, subsidiya əhəmiyyətsiz bir siyasətdir. Bu, özünü un məmulatlarının qiymətlərində də göstərir. Əgər bir şey ki, idxaldan asılıdır və üstəlik dünya bazarlarında onun qiyməti qalxır, həmin məhsulun dəyərini sabit saxlamaq mümkün deyil. Ərzağın qiymətinin bahalaşmasına səbəb müxtəlif xammalın qiymətinin artması, daşınma xərclərinin çoxalmasıdır . Bu baxımdan qiymət artımı real idi. Bir məsələ də var, dünyada da ərzaq qiymətlərində artım oldu. Nəzərə almaq lazımdır ki, bizim bazarın 40-45 faizi idxaldan asılı vəziyyətdədir. Yəni bu, təkcə daxili faktorla bağlı deyil, dünyada ərzağın qiymətində artım davam edir. Bir müddət sonra qiymətlərdəki fərqi daha aydın hiss edəcəyik.
Ekspertin sözlərinə görə, ilk növbədə pul siyasəti düzgün tətbiq olunmalıdır: “Pul olsa da onun dəyərini alıcı hiss etmir . 100 manatla bazara daxil olan alıcı o pulla yetəri qədər ehtiyacını ödəyə bilmir. Hal-hazırda 100 manatın dəyəri, alıcılıq qabiliyyəti 30 -40% ötən ildən aşağıdır . Üzən məzənnə rejiminə keçməsək də ,idxaldan asılı ölkə oldugumuz üçün sahibkar məcburdu xaricdəki qiymət artımını məhsula tətbiq etsin. Təbiidir ki, bundan sui- istifadə edən möhtəkirlər də var. Belə hallarla mübarizə üçün dövlətin kifayət qədər qurumları və mexanizmləri var. Bu, birbaşa İqtisadiyyat Nazirliyi Antiihnhisar və İstehlak Bazarına Nəzarət Xidmətinin səlahiyyətinə aid olan məsələdir”.
« Temmuz 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Çr | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 | 31 |