olkepress.com
olkepress.com

Azəri-Çıraq-Günəşli və Şahdəniz yatağından əldə edilən gəlir açıqlandı

3-03-2021, 12:38

Azəri-Çıraq-Günəşli və Şahdəniz yatağından əldə edilən gəlir açıqlandıAzərbaycan Respublikası Dövlət Neft Fondu 2021-ci ilin yanvar-fevral ayları ərzində Azəri-Çıraq-Günəşli və Şahdəniz yataqları üzrə ümumi 578 milyon ABŞ dollarına yaxın gəlir əldə edib.

Dövlət Neft Fondundan Oxu.Az-a verilən məlumata əsasən, bu dövrdə Azəri-Çıraq-Günəşli yatağından 574 milyon 543 min dollar həcmində gəlir əldə edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 1,7 dəfə və ya 42,8 faiz azdır.

Həmçinin, yanvar-fevral ayları ərzində Şahdəniz qaz və kondensat yatağından əldə edilən gəlirin ümumi həcmi 3 milyon 538 min ABŞ dolları olub. 2020-ci ilin eyni dövrü ilə müqayisədə gəlir həcmi 19,7 dəfə azalıb.

Qeyd edək ki, 2020-ci yanvar-fevral ayları ərzində AÇG yatağından 1 milyard 5 milyon ABŞ dollar həcmində, Şahdəniz yatağı üzrə kondensatın satışından isə 69 milyon ABŞ dolları gəlir əldə edilib.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi