olkepress.com
olkepress.com

Neftin qiyməti bir il sonra yenidən 59 dolları ötdü

4-02-2021, 17:45

Neftin qiyməti bir il sonra yenidən 59 dolları ötdüDünya bazarlarında 2020-ci ilin fevralın 20-dən bu yana ilk dəfə “Brent” markalı neftin bir barelinin qiyməti 59 dolları ötüb.

Bu barədə “İnterfaks” məlumat yayıb.

Nəşr qeyd edir ki, bu gün “Brent” markalı neftin bir barelinin dəyəri 59.04 dollara qədər yüksəlib.

OPEK+ nazirlərinin monitorinq komitəsinin neft bazarında balanslaşmanın dərhal sürətləndirilməsinin vacibliyi barədə bəyanatı neftin qiymətlərinə təsir göstərib. Komitə bildirib ki, neftə tələbat yaxın vaxtlarda qeyri-müəyyən olaraq qalacaq, ancaq koronavirusa qarşı vaksinasiyanın yayılması tələbatın artmasına zəmin yaradacaq.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi