olkepress.com
olkepress.com

Azərbaycanda “Android” və IOS cihazlara olan tələbat açıqlanıb

1-02-2021, 18:34

Azərbaycanda “Android” və IOS cihazlara olan tələbat açıqlanıbAzərbaycanda 2021-ci ilin yanvar ayında “Android”in bazar payı ötən ilin dekabr ayı ilə müqayisədə azalıb.

Ölkəpress.com “Global Stats”dan əldə etdiyi məlumata əsasən, yanvar ayında “Android” istifadəçilərinin sayı 0,13 faiz bənd azalaraq 52,97 faiz olub. Halbuki ötən ilin dekabr ayında “Android”in bazar payı 53,1 faiz təşkil edib.

Yanvar ayında “Windows”un bazar payı əvvəlki ayla müqayisədə 0,25 faiz bənd artaraq 34 faiz olub. Ölkəmizdə “Windows” istifadəçilərinin sayı ötən ilin oktyabr ayında ən yüksək həddə (46,57 faiz) çatıb, sonrakı aylarda isə “Android” ilə müqayisədə kəskin azalıb. 2020-ci ilin dekabr ayında “Windows” istifadəçilərinin sayı 33,75 faiz təşkil edib.

Yanvar ayında IOS-un bazar payında artım müşahidə olunub. Belə ki, ötən ay bu cihazların istifadəçilərinin sayı 0,48 faiz bənd artaraq 9,51 faiz təşkil edib, halbuki ötən ilin dekabr ayında bu göstərici 9,03 faiz olub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi