olkepress.com
olkepress.com

TANAP-dan Naxçıvana qaz verilə bilər?

14-01-2021, 18:02

TANAP-dan Naxçıvana qaz verilə bilər?“TANAP-dan Naxçıvan Muxtar Respublikasına qaz verilə bilər. Bu, texniki cəhətdən mümkündür”.

Bu barədə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin Baş direktoru Saltuk Düzyol məlumat verib.

O bildirib ki, buna gərək olub-olmaması ayrıca müzakirə mövzusudur. Hazırda isə Naxçıvana qaz verilişi ilə bağlı layihə Türkiyənin BOTAŞ şirkəti tərəfindən ediləcək sərmayə ilə həyata keçiriləcək:
“Beləliklə, İğdır vilayətindən 500 milyon kub metr qaz verilə biləcək. Bu, BOTAŞ-ın beynəlxalq nəqletmə şəbəkəsinə daxil olan qazdan veriləcək. TANAP-dan Naxçıvana birbaşa bağlantı isə hələ ki, nəzərdə tutulmur. Növbəti illərdə tələb olarsa, bu, həyata keçirilə bilər. Hazırda buna ehtiyac yoxdur. Çünki, hazırda Naxçıvana ən yaxın mənbə İğdır hesab edilir”.

Qeyd edək ki, BOTAŞ şirkəti Trans Anadolu Boru Kəməri (TANAP) layihəsində 30 faiz paya sahibdir.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi