olkepress.com
olkepress.com

“SOCAR Petroleum” yeni yanacaqdoldurma məntəqəsini istifadəyə verdi

6-11-2020, 20:17

“SOCAR Petroleum” yeni yanacaqdoldurma məntəqəsini istifadəyə verdiBu gün Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək küçəsi 208 ünvanında “SOCAR” brendi altında yeni yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.

“SOCAR Petroleum” QSC-nin məlumata əsasən, bununla da ümumilikdə ölkədə “SOCAR” brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 36-a çatdırılıb.

Sumqayıt şəhəri daxil olmaqla Saray qəsəbəsi və Sumqayıt-Novxanı istiqamətinə hərəkət edən avtonəqliyyat vasitəsi sahibləri üçün bu YDM-in daha əlverişli olduğu bildirilib.

Bu yanacaqdoldurma məntəqəsində “Super”, “Premium”, “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı reallaşdırılacaq. Bununla da 8 kiçik avtonəqliyyat vasitəsi və iki iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb.

Qeyd edək ki, “SOCAR Petroleum” QSC-nin 36 YDM şəbəkəsi və 11 neft terminal bazası fəaliyyət göstərir.

olkepress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi