olkepress.com
olkepress.com

“Naturelgaz” şirkəti “SOCAR Türkiyə”nin paylama əməliyyatlarını 6,5 milyon manata satın alıb

4-11-2020, 17:27

“Naturelgaz” şirkəti “SOCAR Türkiyə”nin paylama əməliyyatlarını 6,5 milyon manata satın alıb
Türkiyənin “Naturelgaz” şirkəti “SOCAR Türkiyə”-nin LNG (maye qaz) və CNG (sıxışdırılmış təbii qaz) paylama əməliyyatlarını satın alıb.

Oxu.Az-ın Qlobal İnvestisiya Holdinqindən əldə etdiyi məlumata əsasən, “Naturelgaz” şirkəti satınalma haqqı olaraq nağd şəkildə 32 milyon 411 min 12 lirə, təxminən, 6 milyon 482 min 216 manat ödəniş edib.

Qeyd edək ki, “Naturelgaz” şirkəti SOCAR Türkiye LNG-nin müvafiq paylama əməliyyatları üzrə satın alınan hissələrin ötürülməsi ilə bağlı müqaviləni 6 fevralda imzalayıb. Lakin, Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumu “Təbii Qaz Bazarı haqqında Qanun”a müvafiq olaraq müqaviləni təsdiqləməyib. Bununla bağlı olaraq alıcı tərəf müqaviləyə qanunla müvafiq dəyişiklikləri etdikdən sonra səhmlərin transferi həyata keçirilib.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi