olkepress.com
olkepress.com

Azərbaycanda ilk: Azarkeş “Neftçi”nin qonağı oldu - VİDEO

18-05-2021, 19:47

Azərbaycanda ilk: Azarkeş “Neftçi”nin qonağı oldu - VİDEO


“Gaming League Azerbaijan” və Azərbaycan Kiberidman Federasiyasının təşkilatçılığı ilə keçirilən FIFA21 turniri başa çatıb.

Böyük maraqla qarşılanan FIFA21 yarışının qalibi GMT Esports komandasının üzvü Cavid Qurbanov Bakının tarixi “Neftçi” futbol klubunun bazasında qonaq olub. Qalib iştirakçı komandanın məşqində iştirak edərək futbolçuların hazırlığını canlı izləməklə “Neftçi” ailəsində unudulmaz gün keçirib.

FIFA21 turnirinin qalibi Cavid Qurbanov “Neftçi”də olduğu müddət ərzində baş məşqçi Samir Abbasov, futbolçular Keysuke Honda, Səlahət Ağayev, Emin Mahmudov və digərləriylə şəxsən görüşmək, şəkil çəkdirmək imkanı qazanıb. “Gaming League Azerbaijan”ın təşkil etdiyi layihə çərçivəsində Cavid Qurbanov “Neftçi”nin futbolçusu Namiq Ələsgərova FIFA21 oyununda rəqib olub.

Qeyd edək ki, FIFA21 turnirinin qalibi azarkeşi olduğu komandanın qonağı olmaqla Azərbaycan idman tarixində ilkə imza atıb.

“Gaming League Azerbaijan” layihənin reallaşmasında göstərilən dəstəyə görə “Neftçi” Peşəkar Futbol Klubuna təşəkkür edir.

“Gaming League Azerbaijan” (GLA) layihəyə dəstək olan Azərbaycan Kiberidman Federasiyası, Gənclər və İdman, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinə minnətdarlığını bildirir.




ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi