olkepress.com
olkepress.com

Türkiyədə peşəkarlar arasında beynəlxalq kikboksinq turniri

4-12-2019, 18:27

Türkiyədə peşəkarlar arasında beynəlxalq kikboksinq turniriAzərbaycan idmançılarının da iştirak etdiyi döyüşlər TV8-də canlı yayımlanacaq Dekabrın 6-da Türkiyənin Tokat şəhərinin H.Akbaş İdman Salonunda kikboksinq üzrə 2002-ci il Dünya Kubokunun, 2006-cı ildə peşəkarlar arasında keçirilən beynəlxalq qızıl kəmərin, 2007-2008-ci illərdə peşəkarlar arasında keçirilən dünya çempionatlarında ikiqat qızıl kəmər sahibi, Türkiyənin kikboksinq üzrə millisinin məşqçisi Ersan Turanın təşkilatçılığı ilə peşəkarlar arasında beynəlxalq turnir keçiriləcək.

Bu barədə məlumatı “Ersan Turan” peşəkar kikboksinq klubunun üzvü Murad Mirzəbəyli verib.
Murad Mirzəbəylinin sözlərinə görə, turnirdə Azərbaycandan Yusif Məmmədov və Ceyhun Səfərov iştirak edəcək. Beynəlxalq turnirdə Türkiyəni Ahmet Kılıç, İlknur Kurt, Devrim Aydın, Deniz Işık, Sinan Cagala, Qırğızıstanı Bakjanulu Adilet, Özbəkistanı Camşid Tursunbayev, Rusiyanı Ramazan Parazinov, İranı Hüseyn Əlizadə, Böyük Britaniyanı isə Reon Vong təmsil edəcək Turnir Bakı vaxtı ilə saat 19:00-da Türkiyənin TV8 kanalı ilə canlı yayımlanacaq.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi