ŞABRAN IDMANÇISI İSRAILDƏ QIZIL MEDAL QAZANIB
Bu gün İsrailin Təl-Əviv şəhərində keçirilən Cüdo üzrə QRAND SLAM turnirində mübarizə aparan Şabran idmançısı Davud Məmmədsoy 60 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək turnirin baş mükafatı - qızıl medala layiq görülüb.
Xatırladaq ki, D.Məmmədsoy finalda gürcüstanlı idmançı Temur Nozadzeni məğlub edib.
Onu da bildirək ki, Yeniyetmə və gənclərdən ibarət Milli komandaların üzvü olan D. Məmmədsoy 2013-cü ilin sentyabr ayında Sarayevo şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində 55 kq çəki dərəcəsində Milli komandaya qızıl medal qazandırıb. 2015-ci ilin noyabr ayında isə Bratislava şəhərində 23 yaşa qədər idmançılar arasında Avropa bilirinciliyində 60 kq çəki dərəcəsində gümüş medal qazanıb. 2016-cı ilin iyul ayında isə Monqolustanın Ulan Bator şəhərində keçirilən cüdo üzrə Qran-pri yarışında 60 kq çəki dərəcəsində bürünc medala layiq görülüb.
Qeyd edək ki, Davud Məmmədsoyun ilk müəllimi əməkdar məşqçi Asif Abdulayev olub.
« Temmuz 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Çr | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 | 31 |