“Qarabağ” Qurban Qurbanovun baş məşqçiliyi altında yubiley qolunu vurdu
“Qarabağ” Qurban Qurbanovun baş məşqçiliyi altında 800-cü qolunu vurub.
Bu topa Rahil Məmmədov imza atıb. O, Premyer Liqanın XIV turunun “Sabah”la səfər oyununda (2:1) hesabı açmaqla buna nail olub.
2008-ci ilin yayından Ağdam klubunu çalışdıran 49 yaşlı mütəxəssisin rəhbərliyi altında 541 matçda 801 qol vuran komandanın məhsuldarlığı 1,48-ə bərabərdir. Bu toplardan 585-i Premyer Liqa, 90-ı Azərbaycan kuboku, 126-sı avrokuboklara təsadüf edib.
Qeyd edək ki, “Qarabağ” Qurbanovun rəhbərliyi altında ilk qolunu 2008-ci il avqustun 9-da “Bakılı” ilə səfər oyununda (2:1) vurub. Bu qola makedoniyalı Artim Şakiri imza atıb.
ölkəpress.com
« Temmuz 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Çr | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 | 31 |