olkepress.com
olkepress.com

Azərbaycan indi də idmanda Ermənistanı məğlub edir - VİDEOLAR

14-12-2020, 12:03

Azərbaycan indi də idmanda Ermənistanı məğlub edir - VİDEOLARAzərbaycan hərb meydanında olduğu kimi, indi də idman sahəsində Ermənistandan üstün olduğunu göstərir.

Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə Fərdi Dünya Kubokunda Azərbaycan idmançıları artıq iki dəfə Ermənistandan olan həmkarlarından güclü olduğunu sübut edə bilib.

Yunan-Roma güləşi üzrə yarışın gümüş medalçısı İslambəy Dadov 1/4 finalda sonradan bürünc medal qazanan, ötənilki dünya çempionatının mükafatçısı Slavik Qalstyana 7:4 hesabı ilə qalib gəlib.
Daha sonra dünya və Avropa çempionumuz Eldəniz Əzizli bürünc medal qazanmağa gedən yolda Rudik Mkrtçyana aman verməyib.

İdmançımız rəqibindən o qədər xal alıb ki, baş hakim qarşılaşmanı dayandıraraq, Eldənizə vaxtından əvvəl qələbə verib.

ölkəpress.com










XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi