olkepress.com
olkepress.com

Məşhur idmançılarımız psixoloji kurslara yazıldılar

28-11-2020, 12:33

Məşhur idmançılarımız psixoloji kurslara yazıldılar
Milli Olimpiya Komitəsi (MOK) Beynəlxalq Olimpiya Komitəsinin idmançılarla işin gücləndirilməsi, o cümlədən müxtəlif sahələrdə bilik və bacarıqlarının artırılması istiqamətində onlara əlavə imkanların yaradılması tövsiyələrini nəzərə alaraq layihələr reallaşdırır.

Qurumdan verilən məlumata görə, MOK idmançılar üçün üç istiqamətdə – psixoloji dəstək, ingilis dilində danışıq və İKT sahəsində bacarıqların təkmilləşdirilməsi üzrə kurslara start verib.

Hər üç istiqamətdə təlimlərə qatılacaq idmançılar və təlimçilərlə keçirilən görüşdə MOK Marketinq idarəsinin rəhbəri Mehman Kərimov bildirib ki, Beynəlxalq Olimpiya Komitəsinin 14 aprel 2019-cu il tarixində Lozannada baş tutan Atletlər Forumunda üzv ölkələrin Olimpiyaçıları üçün əlavə bilik və bacarıqlar verilməsinə imkan yaradan fəaliyyət növlərinin, həmçinin idman qərarlarının qəbulunda idmançıların aktiv iştirakının müəyyənləşdirilməsi gündəliyin əsas mövzusu olub.

2020-ci ilin ilk rübündən başlayan pandemiya qeyd olunanları həm BOK, həm də MOK qarşısında daha aktual və ciddi bir məsələyə çevirib. İlkin mərhələdə 30 nəfər idmançı üçün nəzərdə tutulan təlim kursları cari ilin sonunadək davam edəcək. Eksperimental xarakter daşıyan təlimlərin qiymətləndirilməsindən sonra növbəti il üçün forma və mövzu ilə bağlı qərar veriləcək. BOK-un maliyyə dəstəyi ilə həyata keçirilən təlimlərin 2024-cü ilə qədər davam edəcəyi planlaşdırılır.

Qeyd edək ki, bu kurslarda yunan-Roma güləşçisi Rəsul Çunayev, taekvondoçular – Ayxan Tağızadə, Fəridə Əzizova, karateçilər – Şahin Atamov, Turqut Həsənov, Tural Ağalarzadə, Fəridə Əliyeva, Fəridə Abiyeva, Nuranə Əliyeva, badmintonçu Səbuhi Hüseynov, velosipedçilər, gimnastlar və s. idmançılar, eləcə də aerobika gimnastikası üzrə hakim Aleksandra Qorobçuk iştirak edir.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi