“Qarabağ”ın qrupunda darmadağın: “Vilyareal” İsrail komandasına aman vermədi
Avropa Liqasında “Qarabağ”ın da yer aldığı I qrupunda “Vilyareal” öz meydanında Təl-Əvivin “Makkabi” klubunu qəbul edib.
Olkepress.com xəbər verir ki, görüşdə meydan sahibi erkən qola sevinib. Qarşılaşmanın 4-cü dəqiqəsində Bakka topu rəqib qapısından keçirib.
İlk hissə bu hesabla başa çatıb. Qarşılaşmanın ikinci hissəsində Bakka növbəti dəfə fərqlənib. 52-ci dəqiqədə forvard Kubonun ötürməsini dəqiq zərbə ilə tamamlayıb.
71-ci dəqiqədə Baena, 10 dəqiqə sonra Ninonun vurduğu qollarla “Vilyareal” 4:0 hesablı qələbəyə sevinib.
Bu nəticələrdən sonra “Vilyareal” 9 xalla birinci, “Makkabi” 6 xalla ikinci, “Sivasspor” 3 xalla üçüncüdür. “Qarabağ” klubu isə qrup mərhələsində keçirdiyi üç qarşılaşmanın hamısında məğlub olub və qrupda hələlik sonuncudur.
« Temmuz 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Çr | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 | 31 |