Azərbaycanlı futbolçunu Moskvada döydülər
Azərbaycanlı futbolçu Alen Əsgərov Moskvada hücuma məruz qalıb.
Bu barədə TASS hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.
Hadisə “Rijskaya” metrosunun qarşısında baş verib.
Saranskın “Mordoviya” klubunun keçmiş oyunçusu qapalı kəllə-beyin travması və beyin sarsıntısı ilə xəstəxanaya yerləşdirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə söhbətində Əsgərov ona hücum edənin kimliyini bildiyini desə də, onun adını verməkdən imtina edib. O, eyni zamanda yazılı ifadə də verməyib.
olkepress.com
« Temmuz 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Çr | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 | 31 |