olkepress.com
olkepress.com

Messi üç aydır ancaq penaltilər sayəsində fərqlənə bilir

2-11-2020, 18:26

Messi üç aydır ancaq penaltilər sayəsində fərqlənə bilirSon vaxtlar “Barselona”nın hücumçusu Lionel Messinin nəticələri ürəkaçan deyil.

“Championat” xəbər verir ki, ulduz futbolçu artıq üç aydır adi oyun vəziyyətindən qol vura bilmir və rəqiblərin qapısına yalnız penalti vasitəsilə yol tapır.

Argentinalı hücumçu sonuncu dəfə avqustun 8-də Çempionlar Liqasında “Napoli”yə qarşı keçirdiyi oyunda adi vəziyyətdən fərqlənə bilib.

O vaxtdan bəri L.Messi “Barselona”da doqquz, Argentina millisinin heyətində isə iki oyuna çıxıb.

1057 dəqiqə meydanda olan futbolçu dörd qol vurub ki, onların da hamısı 11 metrlik cərimə zərbəsinin nəticəsində baş verib.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi