olkepress.com
olkepress.com

“Qalatasaray”la oyuna “Neftçi”nin qalmaqallı matçını idarə edən hakim təyin olundu - VİDEO

7-09-2020, 14:18

“Qalatasaray”la oyuna “Neftçi”nin qalmaqallı matçını idarə edən hakim təyin olundu - VİDEOAvropa Liqasının II təsnifat mərhələsində keçiriləcək “Neftçi” – “Qalatasaray” matçının hakimləri bilinib.

UEFA-nın saytının məlumatına görə, oyunu Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Kevin Klansi olacaq. Ona Devid MakQiçi və Qrem Stüart kömək edəcək. Dördüncü hakim funksiyasını Yuan Anderson yerinə yetirəcək.

Ölkəpress.com-un araşdırmasına görə, 36 yaşlı Kevin Klansi artıq beşinci dəfə Azərbaycan təmsilçilərinin oyununu idarə edəcək. “Neftçi”nin oyununda isə ikinci dəfə iş başında olacaq. Beş il əvvəl Podqoritsa şəhərində keçirilən oyunda “Neftçi” “Mladost”la 1:1 oynayıb və UEFA Avropa Liqasında turnirdəki çıxışını başa vurub.

Həmin oyuna əlavə olunan birinci dəqiqədə meydan sahibləri qol vurub, oyun bitdikdən sonra ötən mövsüm “Qarabağ”da da çıxış etmiş braziliyalı müdafiəçi Aylton Fereyra Silvanın rəqib oyunçu ilə dalaşmasından sonra meydanda gərginlik pik həddə çatıb. Nəticədə Klansi “Mladost”dan Miloş Raduloviçi, “Neftçi”dən Aylton Fereyra Silva və ukraynalı qapıçı Maksim Vaylonu birbaşa qırmızı vərəqə ilə meydandan qovub. Xatırladaq ki, birinci və üçüncü futbolçu ehtiyat oyunçular skamyasında olarkən davaya qoşulublar.

“Neftçi”nin həmin oyundakı heyətindən yalnız Aqil Məmmədov və Mirabdulla Abbasov (ehtiyatda qalıb) indiki komandada qalıb.




XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi