olkepress.com
olkepress.com

“Qalatasaray”ın prezidenti: “Bizə “Neftçi” ilə oynamaq qismət olduğu üçün çox şadıq” - VİDEO

5-09-2020, 15:36

“Qalatasaray”ın prezidenti: “Bizə “Neftçi” ilə oynamaq qismət olduğu üçün çox şadıq” - VİDEO“Qalatasaray”ın prezidenti Mustafa Cengiz “Türkiyədən futbol” verilişinin qonağı olub

Mustafa Cengiz UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bakıda baş tutacaq “Neftçi” – “Qalatasaray” oyunu barədə danışıb:

“Neftçi” ilə oynayacağıq. Həm qardaş ölkənin klubu ilə oynayacağımıza sevinirik, həm də sonda bir komandanın məğlub olacağına məyus oluruq. Yəni, iki hiss bir aradadır. Amma əsas olan odur ki, Tanrı bizə sizinlə matç keçirməyi nəsib etdi. Bundan çox şadıq.

Oynayacağımız “Neftçi” qardaş ölkənin komandasıdır. Azərbaycanlı qardaşlarımızın klubudur. “Neftçi”nin bir türk komandası kimi uğurlu olmasını həmişə istəyərəm. Məsələn, bu yaxınlarda İranda “Traktor” klubu kubok qazandı. O da türk komandasıdır. “Neftçi”ni çox sevirik”.

O, oyundan əvvəl “Qalatasaray”ın azərbaycanlı azarkeşlərinə komandanı görmək üçün imkan yaradıla biləcəklərini bildirib.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi