olkepress.com
olkepress.com

Hidayət Heydərov: Fransada hər kəs Azərbaycan himnini ayaq üstə dinləyəcək

29-07-2024, 23:14

Hidayət Heydərov: Fransada hər kəs Azərbaycan himnini ayaq üstə dinləyəcək

Fransada hər kəs Azərbaycan himnini ayaq üstə dinləyəcək.

Bunu Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qızıl medalını qazanan cüdoçu Hidayət Heydərov deyib.

Azərbaycan yığmasının lideri bu qələbə sayəsində medal kolleksiyasını tamamladığını bildirib:

“Medal kolleksiyamı tamamladım. 4 il idi ki, bu yarışa hazırlaşırdım. Bundan sonra 2028-ci ildə Los-Ancelesdə keçiriləcək olimpiadaya hazırlaşacağam. Səhifələrdə mənimlə bağlı yazılan rəyləri oxuyuram. Məni dəstəkləyən hər kəsə öz təşəkkürümü bildirirəm. Biz qalib xalqın övladlarıyıq. Fransada hər kəs Azərbaycan himnini ayaq üstə dinləyəcək”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi