olkepress.com
olkepress.com

Azərbaycan cüdoçuları 12 medal qazandı

3-03-2024, 10:15

Azərbaycan cüdoçuları 12 medal qazandıTürkiyənin Antalya şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunun ilk günündə Azərbaycan cüdoçuları 4 qızıl, 2 gümüş və 6 bürünc medal qazanıblar.

Bu barədə Azərbaycan Cüdo Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, oğlanların mübarizəsində arasında Bahadır Feyzullayev (50 kiloqram) və Nihad Məmişov (55 kiloqram) qızıl medal əldə ediblər.

Qüdrət Yusif (55 kiloqram), Mirxaliq İskəndərov (60 kiloqram), Ümüd Qurbanov və Kənan Sadıqov (hər ikisi 66 kiloqram) bürünc medala sahib olublar.

Qızlar arasında Xədicə Abdullayeva (40 kiloqram) və Vüsalə Hacıyeva (52 kiloqram) qızıl, Leyla Ələkbərova (44 kiloqram) və Aysun Məmmədova (52 kiloqram) gümüş, Nərmin Məmmədli (44 kiloqram) və Diana Eldarova (48 kiloqram) bürünc mükafat qazanıblar.

Qeyd edək ki, turnir sabah başa çatacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi