olkepress.com
olkepress.com

10 qat Fransa çempionu elitanı tərk etdi

30-05-2022, 12:59

10 qat Fransa çempionu elitanı tərk etdi

Bu gün Fransa Liqa 1-də iştirak hüququ uğrunda pley-off mərhələsinin cavab oyunu keçirilib.

“Sent-Etyen” elitada qalmaq üçün “Oser”lə qarşılaşıb. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.

İlk görüşdə də eyni hesab qeydə alındığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Penaltilər seriyasında daha dəqiq olan “Oser” 5:4 hesabı ilə qalib gələrək növbəti mövsüm Fransa Liqa 1-də oynamaq hüququ qazanıb.

PSJ ilə birgə Fransanın ən çox çempion olan (10 dəfə) komandası “Sent Etyen” isə 18 ildən sonra ilk dəfə elitanı tərk edib.

“Sent Etyen” – “Oser” - 1:1 (penaltilər seriyası - 4:5)
Qollar: Saxi, 51 (0:1), Kamara, 76 (1:1)

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi