olkepress.com
olkepress.com

Atletika Federasiyasında prezident seçkisi keçirildi, Avropa çempionu İcraiyyə Komitəsinə üzv seçildi

19-01-2022, 17:35

Atletika Federasiyasında prezident seçkisi keçirildi, Avropa çempionu İcraiyyə Komitəsinə üzv seçildi

Bu gün Azərbaycan Atletika Federasiyasının seçki konfransı keçirilib.

Ölkəpress.com xəbər verir ki, konfransda Respublikanın idman cəmiyyətlərinin, klublarının, idmançı və veteran idmançıların, məşqçilərin və hakimlərin nümayəndələri iştirak edib.

Seçkiyə əsasən Çingiz Hüseynzadə yenidən Atletika Federasiyasının prezidenti vəzifəsinə seçilib. Həmçinin seçicilər Firat Hüseynova federasiyanın vitse-prezidenti, Məhərrəm Sultanzadəyə baş katib kimi səs verib.

Federasiyanın İcraiyyə Komitəsinin üzvlüyünə aşağıdakı 13 şəxs seçilib. Onların arasında üçtəkanla tullanma üzrə Avropa çempionu Nazim Babayev də var: Çingiz Hüseynzadə, Firat Hüseynov, Məhərrəm Sultanzadə, Aida İsayeva, Bəhruz Salehli, Elman Rzazadə, Kamal Əhmədov, Könül Nurullayeva, Mehdi Nağıyev, Nazim Babayev, Tamilla Bünyadova, Sergey Antipov, Şirin Vəliyev

Qurumun Nəzarət-Təftiş Komissiyasının sədri Rəhim Xəlilov seçilib. Bu komissiyanın digər üzvləri isə Lyudmila Əliyeva və Kənan Məhərrəmov olacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi