olkepress.com
olkepress.com

Tək "Qarabağ"a yox, PSV-yə də mərkəzdən qol vurub - VİDEO

27-11-2021, 09:16

Tək "Qarabağ"a yox, PSV-yə də mərkəzdən qol vurub - VİDEO

Konfrans Liqasının qrup mərhələsində ötən gün "Qarabağ"a meydanın mərkəzindən qol vuran "Omoniya"nın futbolçusu Jordi Qomes bu qolun bənzərini ötən mövsüm də vurub.

Ölkəpress.com xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsində Niderlandın PSV klubu ilə görüşdə 56 metrdən topu rəqib qapısına göndərib.

Yeri gəlmişkən, "Omoniya" ilə matçdan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da buraxılan qolda rəqib futbolçunun ustalığını xüsusi qeyd edib: "Futbolda nadir hallarda olan epizoddur. Son vaxtlar qapıçı daha çox öndə oynayır. Burada Şahruddinin səhvindən çox rəqib oyunçunun ustalığı ön plana çıxdı. Çox yaxşı zərbə vurdu. Bəli, daha diqqətli olsaydı, yaxşı olardı. Amma bu oyunda Şahruddinə heç bir irad bildirmədim. Əksinə, dedim ki, möhkəm ol, qarşıda daha çox oyunlarımız var".

Xatırladaq ki, Jordi Qomesin "Qarabağ"a vurduğu qol Konfrans Liqasında həftənin ən yaxşı qolu seçilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi