Milad Beiqi Hərçəqani 1/4 finalda Nikita Rafaloviçlə (Özbəkistan) qarşılaşıb.Ölkəpress.com xəbər verir ki, Olimpiya mükafatçısı, ikiqat dünya və Avropa çempionumuz rəqibinə 1:12 hesabı ilə uduzaraq medalsız qalıb.
Bununla da, Azərbaycan taekvondo idman növündə medal qazana bilməyib.
Qeyd edək ki, son Olimpiadada yeganə qızıl medalı taekvondoçu Radik İsayev Azərbaycana qazandırmışdı.