olkepress.com
olkepress.com

Bakıda yarım kiloqram narkotiki satmaq istəyən ələ keçdi - FOTO - VİDEO

17-05-2021, 17:03

Bakıda yarım kiloqram narkotiki satmaq istəyən ələ keçdi - FOTO - VİDEO


Nizami Rayon Polis İdarəsinin (RPİ) 25-ci Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən vətəndaş Arif Muradlı saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, onun üzərinə baxış zamanı çəkisi 508 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Araşdırma zamanı müəyyən olunub ki, Arif Muradlı heroini şəxsiyyəti istintaqla araşdırılan bir nəfərdən satmaq məqsədi ilə alıb. Saxlanılan şəxs barəsində 25-ci Polis Şöbəsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Nizami RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

Arif Muradlı barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Narkotik maddələrin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Bakıda yarım kiloqram narkotiki satmaq istəyən ələ keçdi - FOTO - VİDEO




ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi