olkepress.com
olkepress.com

Azərbaycanlı avtoritetlər arasında atışma, ölən var – VİDEO

1-04-2021, 11:49

Azərbaycanlı avtoritetlər arasında atışma, ölən var – VİDEODünən Türkiyədə azərbaycanlı kriminal aləm üzvləri arasında atışma olub.

Ölkəpress.com xəbər verir ki, atışma anı binalardan birindən həvəskar kamera ilə qeydə alınıb.

Atışma bir müddət öncə güllələnərək öldürülən Lotu Qulinin yaxın adamları ilə mərhum Rövşən Lənkəranskinin yaxınları kimi tanınan Naxçıvanlı Baba, Xarkov Fuad ləqəbli Fuad Hacızadə və digər bir kriminal aləm üzvü arasında gedib.

Nəticədə Naxçıvanlı Baba hadisə yerində ölüb, Xarkov Fuad isə yaralanıb.

Kriminal aləmdə yayılan söhbətlərə görə, bu hücum mərhum Lotu Qulinin qohumu Maqa Rustavskinin bıçaqlanmasının qisası kimi edilib. Məlumata görə, bir müddət öncə Lənkəranskinin yaxınları Maqanı qarnından bıçaqlayaraq ağır xəsarət yetirmişdilər.

Qeyd edək ki, Naxçıvanlı Baba peşəkar cüdoçu olub və müxtəlif turnirlərdə yer tutub. Daha sonra isə kriminal aləmə qoşulub.

Qafqazinfo




XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi