olkepress.com
olkepress.com

Bakıda bir-birinə yaxın yeddi ev yanıb - VİDEO

17-03-2021, 10:30

Bakıda bir-birinə yaxın yeddi ev yanıb - VİDEOBakıda gecə saatlarında yeddi ev yanıb.

Baku TV xəbər verir ki, hadisə Binəqədi rayonu, Şövkət Məmmədov küçəsi 19 ünvanında qeydə alınıb.

Bakı Humanitar Kollecinin yataqxanasının həyətində yerləşən bir-birinə bitişik taxta konstruksiyalı yeddi ev yanıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin beş yanğınsöndürən maşını cəlb edilib. Alov söndürülüb. Hadisə zamanı xəsarət alan olmasa da, yeddi ev əşyaları ilə birlikdə külə dönüb.

Yanğının elektrik xətlərindəki qısa qapanmadan baş verdiyi ehtimal edilir.

Fakt araşdırılır.



ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi