olkepress.com
olkepress.com

Marketdən seyf oğurluğu - ANBAAN VİDEO

12-03-2021, 13:22

Marketdən seyf oğurluğu - ANBAAN VİDEOXəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Binə qəsəbəsində yerləşən marketlərdən birindən içərisində 9000 manat olan seyfi oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Ölkəpress.com-a verilən məlumata görə, əməliyyat zamanı paytaxt sakini Dilqəm Kamalzadə tutulub. Araşdırma zamanı məlum olub ki, bu şəxs seyfi oğurlayandan sonra Binə qəsəbəsində yaşadığı evə gətirərək gizlədib. Polislər tərəfindən seyf həmin ünvandan tapılaraq maddi sübut kimi götürülüb. D.Kamalzadənin törətdiyi oğurluq marketdə olan müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.

Faktlarla bağlı 3-cü Polis Bölməsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. D.Kamalzadə barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.




XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi