olkepress.com
olkepress.com

Bakı sakinindən beş kiloqramdan artıq marixuana aşkar edilib - VİDEO

16-02-2021, 11:31

Bakı sakinindən beş kiloqramdan artıq marixuana aşkar edilib - VİDEOXəzər rayon sakinindən beş kiloqramdan artıq marixuana aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Daxil olmuş məlumat əsasında həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin alışı və satışı ilə məşğul olmaqda şübhəli bilinən vətəndaş Bəhruz Salmanov Binə qəsəbəsi ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan ümumi çəkisi beş kiloqram 18 qram olan narkotik vasitə - marixuana aşkar edilib. Saxlanılan şəxs narkotik vasitələrin ona məxsus olduğunu etiraf edib.

Araşdırma zamanı müəyyən olunub ki, Bəhruz Salmanov narkotik vasitələri Binə qəsəbəsində yaşadığı evin həyətində əkib-becərərək onlara xüsusi qulluq edib. Daha sonra o, çətənə kollarını həm şəxsi istifadəsi, həm də satmaq məqsədi ilə qurudub.

Qeyd edilən faktla bağlı saxlanılan şəxs barəsində 3-cü Polis Bölməsində toplanan materiallar Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Zəruri istintaq tədbirləri davam etdirilir.



ÖLKƏPRESS.COM


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi