olkepress.com
olkepress.com

Bakıda zəncirvari qəza: VAZ “Maserati” ilə toqquşdu - VİDEO

11-02-2021, 10:48

Bakıda zəncirvari qəza: VAZ “Maserati” ilə toqquşdu - VİDEOBakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Baku TV xəbər verir ki, hadisə Səbail rayonu, Üzeyir Hacıbəyov və Səməd Vurğun küçəsinin kəsişməsində qeydə alınıb.

Beş avtomobilin iştirakı ilə baş verə qəzada əvvəlcə VAZ-2115 markalı minik maşını “Maserati”yə çırpılıb. Zərbənin təsirindən “Maserati” “Jeep”ə, daha sonra “Kraysler” və “Hyundai” markalı maşına dəyib.

Hadisə nəticəsində VAZ-2115-in sürücüsü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.



ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi