olkepress.com
olkepress.com

“Lotu Quli”nin qətlindən yeni görüntülər: Qatil necə qaçır, onu kim qovur? – VİDEO

1-09-2020, 11:03

“Lotu Quli”nin qətlindən yeni görüntülər: Qatil necə qaçır, onu kim qovur? – VİDEOTürk polisi kriminal avtoritet Nadir Səlifovun (“Lotu Quli”) qətlinin detallarına aydınlıq gətirə biləcək yeni video görüntülər yayımlayıb.

Azərbaycanlı “qanuni oğru” Nadir Səlifov avqustun 20-nə keçən gecə Antalyada yerləşən otellərdən birində başından iki güllə ilə vurularaq öldürülüb. N. Səlifovun qatili də Azərbaycandan olan kriminal avtoritet, “Xan Əhmədlinski” ləqəbi ilə tanınan Xəqan Zeynalovdur.


İctimaiyyət üçün yayımlanan videolardan biri 19 avqust saat 16:48-də (qətldən bir neçə saat əvvəl – red.) otelin spa zonasının girişindəki müşahidə kamerasında qeydə alınıb. Kadrlarda “Lotu Quli”nin üç mühafizəçinin əhatəsində qəhvəyi mərmərlə bəzədilmiş dəhlizdən keçdiyi əks olunur. “Qanuni oğru”nun əynində mavi rəngdə şort və ağ köynək olub.
Digər iki video 20 avqust gecəyarısı lentə alınıb. Kadrlarda “qanuni oğru”nu qətlə yetirdikdən sonra Xəqan Zeynalovun dəhlizdə necə qaçdığı və “Lotu Quli”nin cangüdəninin əlində iki tapança ilə onun ardınca getdiyi görüntülənib. Videolara diqqətlə baxsanız, qətl günü Xəqan Zeynalovun uzun saçlı olduğunu görə bilərsiniz.

Ölkəpress.com



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi