olkepress.com
olkepress.com

“Daha Rüstəmlər ölməsin...”

4-09-2025, 13:37

“Daha Rüstəmlər ölməsin...”

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev avqustun 30-u Kürdəmirdə ağır qəzada vəfat edən 26 yaşlı Rüstəm İsmiyevlə bağlı paylaşım edib.

Olkepress.com “Qafqazinfo”-ya istinadən xəbər verir ki, E.Hacıyev Rüstəmin atası Şahin İsmiyevin gənclərə çağırışını yayıb.

Belə ki, Ş.İsmiyev daha öncə E.Hacıyevin qəza ilə bağlı paylaşımına rəy bildirib.

Şərhdə bu sözlər qeyd olunub:
“Mən oğlumu, varlığımı itirdim. Qalan cavanları Allah qorusun. Gənclərdə nədir bu düşüncə, adrenalin?! Bir az da geridə qalanları, valideynləri düşünün”.

Bu şərhdən sonra isə Elşad Hacıyev sosial şəbəkə hesabında çağırış edib: “Təskinliyi olmayan atadan çağırış... Avtomobil qəzasında oğlu Rüstəmi itirən ata - Şahin İsmiyev gənclərə çağırış edib. Övlad itkisi ən ağır sınaqdır. Rüstəmi itirən ata Şahin İsmiyevin kədərini bölüşür, ailəsinə Allahdan səbir diləyirik. Daha Rüstəmlər ölməsin”.

Qeyd edək ki, R.İsmiyev əvvəllər Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Ərəbqubalı kənd üzrə nümayəndəsinin müavini vəzifəsini tutub. Son olaraq Kürdəmir Peşə Liseyində çalışırmış. Onun atası Şahin İsmiyev isə uzun müddət DSMF-nin bu rayondakı şöbəsində müxtəlif vəzifələrdə çalışıb.
“Daha Rüstəmlər ölməsin...”
“Daha Rüstəmlər ölməsin...”


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi