olkepress.com
olkepress.com

DYP Şabrandakı yanğına görə bağlanan yolla bağlı məlumat yaydı

11-07-2022, 11:00

DYP Şabrandakı yanğına görə bağlanan yolla bağlı məlumat yaydı

Şabrandakı yanğınla əlaqəli bağlanan yol açılıb.

Bu barədə Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, ötən gün Gəndob-Yalama avtomobil yolunun 12-ci km-də meşə zolağında yanğın baş verməsi ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkət istiqaməti müvəqqəti dəyişdirilmişdi:

“Paytaxtdan Xaçmaz rayonu istiqamətində hərəkətdə olan nəqliyyat vasitələrinin hərəkət istiqaməti yolun 130-cu km-də məcburi olaraq Quba rayonu istiqamətinə yönləndirilmişdi. Polis əməkdaşlarının köməkliyi ilə nəqliyyat vasitələrinin alternativ yollarla Quba rayonundan Xaçmaz rayonuna, eləcə də paytaxt istiqamətində rahat və təhlükəsiz hərəkəti təmin edilib. Hazırda qeyd edilən ərazidə yanğının qarşısı alınıb və nəqliyyatın hərəkəti tam bərpa edilib”.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi