olkepress.com
olkepress.com

Sabirabadda qadını döyərək zorlayanlar HƏBS EDİLDİ - VIDEO

14-07-2021, 10:39

Sabirabadda qadını döyərək zorlayanlar HƏBS EDİLDİ - VIDEO


İyulun 12-də saat 22 radələrində yaşadığı evdə tək olarkən rayonun Həşimxanlı kənd sakini 1977-ci il təvəllüdlü Nazilə Məmmədovanın yaşadığı evdə həmkəndliləri Faiq Əmrahov və Əvəz Əmrahov tərəfindən zorlanması ilə bağlı N.Məmmədovanın müraciəti əsasında Sabirabad rayon prokurorluğunda araşdırma aparılıb.

Rayon prokurorluğundan Unikal.org-a verilən xəbərə görə, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.1-ci (Zorlama bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Faiq Əmrahov və Əvəz Əmrahov cinayət işi üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İş üzrə müvafiq ekspertizalar təyin edilmiş və hazırda istintaq rayon prokurorluğunda davam etdirilir.




ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi