olkepress.com
olkepress.com

Prezident şəhid ailələri və müharibə əlilləri ilə görüşdü - FOTO - VİDEO

25-02-2021, 20:23

Prezident şəhid ailələri və müharibə əlilləri ilə görüşdü - FOTO - VİDEOAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edib.

Ölkəpress.com xəbər verir ki, dövlətimizin başçısı kompleksdə yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, bu kompleksdə doqquzmərtəbəli 30 bina tikilib. Ümumilikdə 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib. Ərazidə məktəb, uşaq bağçası, klub-icma mərkəzi inşa olunub. Dövlətimizin başçısının bu ilin yanvarında imzaladığı Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, fərdi evlə təmin ediləcək.

Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşüb.

Dövlətimizin başçısı görüşdə çıxış edib.

Sonda xatirə şəkli çəkdirilib.

Prezident şəhid ailələri və müharibə əlilləri ilə görüşdü - FOTO - VİDEO


Prezident şəhid ailələri və müharibə əlilləri ilə görüşdü - FOTO - VİDEO


Prezident şəhid ailələri və müharibə əlilləri ilə görüşdü - FOTO - VİDEO


Prezident şəhid ailələri və müharibə əlilləri ilə görüşdü - FOTO - VİDEO



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi